«AzSamand»da qətl

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bağırov Yusif Məştağa oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda şahidlər Emin Xəlilov, Yusif Bayramov ifadə verib. Şahidlər siyahısında adı keçən polis əməkdaşı Nicat Səlimov isə məhkəməyə gəlməyib. O, bildirib ki, səhhətində olan ciddi problemlə bağlı Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Polis əməkdaşı məhkəməyə ərizə göndərib. N.Səlimov deyib ki, istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiqləyib. Daha sonra təqsirləndirilən şəxs Y.Bağırov hüquqlarını müdafiə edən vəkildən imtina etdiyini bildirib. O, yeni vəkilin növbəti məhkəmə iclasında gələcəyini deyib.
Məhkəmə fevralın 18-də davam edəcək.
Qeyd edək ki, qətl keçən il iyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus "AzSamand" markalı avtomobildə 1959-cu il təvəllüdlü Rauf Əliyev bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə apardığı tədbirlər nəticəsində R.Əliyevi bıçaqla qətlə yetirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Bağırov tutulub.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












