“Aztelekom” xidmətlərindən birini LƏĞV ETDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC “107” xidmətinin fəaliyyətini iyulun 6-dan sonra dayandıracaq.
MMC-dən verilən məlumata əsasən, xidmətin dayandırılmasına səbəb onun aktual olmaması və sifarişçi sayının nəzərəçarpacaq dərəcədə azalması göstərilir. Qeyd olunub ki, stasionar telefon vasitəsilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərindən istifadə etmək üçün sadəcə “sıfır” kodunun aktiv olması kifayət edir. Bildirilib ki, abunəçilər “Sıfır” kodunu aktivləşdirmək üçün ərizə ilə yaşadıqları ünvan üzrə müvafiq telekommunikasiya qovşağına müraciət edə bilərlər. Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var










