AzTU bu vəzifələr üzrə işçi axtarır

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərəcək “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər, tələbələrlə iş üzrə mütəxəssis və layihə koordinatoru vəzifələri üzrə vakansiya elan olunub. Bu barədə məlumat universitetin sosial media hesablarında paylaşılıb.
Avtosfer.az xəbər verir ki, tədris işləri və keyfiyyət təminatı üzrə rəhbər AZSET çərçivəsində aparılacaq tədris üzrə dərs cədvəlinin hazırlanması, dərs yükün təşkili, “TUM International” şirkətinin kurikulumunun tətbiq prosesinin koordinasiyası və hər tədris ilinin başlanılmasına qədər bütün keyfiyyət təminatı mexanizmlərinin yerinə yetirilməsini təmin edəcək.
Tələbələrlə iş üzrə mütəxəssis AZSET-də təhsil alacaq tələbələrə yönəlik kommunikasiyanı, yeni qəbul olunan tələbələrin müqavilə posedurlarının koordinasiyasını və bunlarla bağlı AzTU-da rəsmi qeydiyyat üçün tələb olunan sənəd dövriyyəsini idarə edəcək.
Layihə koordinatoru AZSET-in bütün inzibati məsələlərinin əlaqələndirilməsinə kömək edəcək, tədbirlərin və imtahanların təşkili məsələlərini idarə edəcək, habelə gündəlik inzibati işlərdə hərtərəfli dəstək göstərəcək.
Maraqlanan şəxslər vəzifələrlə bağlı tələblər və digər məlumatları AzTU-nun saytından (www.aztu.edu.az)və ya sosial media hesablarından oxuya bilərlər.
Qeyd edək ki, AzTU nəzdində təsis edilmiş AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. “TUM” mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












