Azyaşlı övladıyla səkidən keçə bilməyən tanınmış jurnalist əsəbiləşdi - VİDEO

Səkilər piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Lakin paytaxtın müxtəlif küçələrində salınmış bəzi səkilər istifadəyə yararlı deyil.
Onlar adətən müxtəlif tikililər, ağaclar, işıq dirəkləri, reklam lövhələri tərəfindən zəbt olunaraq yararsız hala salınır. Nəticədə səkidən keçə bilməyən piyadalar məcbur qalaraq avtomobillərin intensiv hərəkətdə olduğu yoldan istifadə edirlər. Bu isə həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır.
İşıqlandırdığımız məsələylə bağlı jurnalist Cavid Osmanov sosial şəbəkə hesabında video paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında Qara Qarayev prospektində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, piyada səkisi müxtəlif obyektlər (yol nişanı, ağac, hasar) tərəfindən zəbt olunub. Səkidən istifadə edə bilməyən jurnalist nəticədə azyaşlı övladıyla birlikdə avtomobillərlə eyni yolu paylaşdığını bildirib.
Nərmin
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ









