Badamdar şossesinin müasir layihə əsasında yenidənqurulmasına başlanılıb - FOTO

Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şossesinin müasir layihə əsasında yenidənqurulmasına başlayıb. Avtosfer.az xəbər verir ki, İcra hakimiyyətindən verilən məlumata görə, ilk növbədə bu küçə ərafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və vətəndaşlarla görüş keçirilib. Məlumata görə, hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prossesi gedir: “Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunub ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə tikililər yüksəkgərginli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şosse boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub”.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti vətəndaşlara öz tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub və onlara qanun çərçivəsində hər cür yardım göstərilir.
Eyni zamanda, Badamdar şossesinin kənarlarında zəbt olunaraq tikilən və qanunsuz artırılan, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır.
Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, aparılan söküntü işləri ilə bağlı hələ ki, şikayət daxil olmayıb. Hər bir söküntü işi, hər bir tikili ilə bağlı real vəziyyət aydınlaşdırılır və onlar barədə məlumat KİV-lərə təqdim olunucaq.
Aparılan yenidənqurma prossesi uzunmuddətli olmasına baxmayaraq o, tam şəkildə başa çatdıqdan sonra Badamdar şossesi Bakının ən gözəl prospektinə çevriləcək.
Elmin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY














