Banner

Badamdarda yola tramplin qoyduran keçmiş məmur qonşuları ziyana saldı - VİDEO

Gündəm 2 Noyabr 2023 15:47 Oxunub 2332
Badamdarda yola tramplin qoyduran keçmiş məmur qonşuları ziyana saldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Badamdar qəsəbəsində yola tramplin qoyduran keçmiş məmur sürücüləri ziyana salır. Avtosfer.az-a müraciət edən sakinlər də bundan narahatdır. Bildirirlər ki, 1-ci massiv, Qərb küçəsi ilə Əziz Nəzərov küçələrinin kəsişməsində yaşayan sabiq komitə sədri evinin yanında asfalta bir neçə yerdə çıxıntı verib. Onun qanunsuz olaraq quraşdırdığı tramplinlər yaxın məsafədədir və avtomobillərə ciddi ziyan vurur. Ərazidən keçənlər bir yana, orada yaşayanlar artıq bu çıxıntıların maşınlara ciddi ziyan vurduğunu, dəfələrlə təmirə xeyli pul xərclədiklərini deyirlər. Hansı ki, böyük imkanlara malik olan həmin keçmiş məmur normal rezin tramplinlər quraşdıra bilərdi. Ancaq buna da ehtiyac yoxdur. Çünki yol darısqal və döngələrlə zəngindir. Bu üzdən də oradan heç kim sürətli keçmir.

Məlumat üçün bildirək ki, yola bu cür qurğuların və ya tramplinlərin quraşdırılması qanunla qadağandır.

İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsi avtomobil yollarında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına həsr edilib və bu cür xətalara yol verən fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 min manatdan 4000 manatadək məbləğdə cərimə edilir.

 

Şahin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh