Bağlanan bankların avtomobillərinə maraq artıb - 8 maşın satıldı

Azərbaycanda ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakların satışına maraq artır. Bu barədə Trend-ə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Fond Azərbaycan Xammal və Əmtəə Birjası vasitəsilə 19 və 26 fevral 2018-ci il tarixlərində ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakların satışı üzrə açıq hərrac keçirib.
Keçirilən açıq hərracın nəticələrinə əsasən, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd “Toyota Camry”, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mitsubishi Outlander”, 1 ədəd “Toyota Corolla”, 1 ədəd “Mitsubishi Lancer”, 2 ədəd “Ford Transit Connect” markalı avtomobillər və 4 ədəd bankomat hərracda satılıb.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı Şabran rayonunda yerləşən torpaq sahəsi və 2 ədəd bankomat satılıb.
Həmçinin ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 ədəd QAZ-3110, 1 ədəd “Toyota Camry” və 1 ədəd “Toyota Land Cruser” markalı avtomobillər hərracda satılıb.
Bundan başqa, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 ədəd qeyri-yaşayış sahəsi, ləğv prosesində olan “Zaminbank” ASC-nin balansındakı 1 ədəd “Ford Transit Connect” və “Range Rover” markalı avtomobillər satılıb.
Hərracda bir neçə avtomobilə xüsusi maraq olduğundan yekun satış qiyməti ilkin qiyməti xeyli üstələyib. Belə ki, ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı “Toyota Camry” avtomobilinin (2014-cü il buraxılışı) ilkin qiyməti 34 070 manat olduğu halda, satış qiyməti 40 890 manat, “Mitsubishi Outlander” avtomobilinin ilkin qiyməti 18 570 manat olduğu halda, satış qiyməti 25 638 manat təşkil edib.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










