Bahalaşan internetdən indi necə istifadə edək? – Ekspertdən vacib tövsiyələr

Avqustun 15-dən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib. Belə ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yəni abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
İnternetin bahalaşması nəyi dəyişdi? Sürət artdı, keyfiyyət yaxşılaşdı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Globalinfo.az-a danışan İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, Azərbaycanda internet qiymətlərinin artması son aylarda ictimaiyyətin diqqətini çəkib:
“Müşahidə və çevrə məlumatlarımızdan bildiyim qədər ilə bəzi provayderlər artıma getsə də əksər provayder artımı növbəti aya saxlayıb.

Elvin Həsənov
Artımın əsas səbəblərindən biri ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi və sürətin artırılmasıdır. Bu dəyişikliklər daha yüksək sürətli və stabil internet xidməti təmin etmək məqsədini daşıyır və müştəri məmnuniyyətini artırmağa yönəlib. Belə ki, ödəniş artımı əsasında provayderlərin bəzilərində sürət artımı hiss olunur, bəzilərində isə hiss olunmur. Yetərli sürət olmayan ərazilərdə buna səbəb həmən provayderlərdə qurulan şəbəkə topalogiyasının düzgün olmaması və ya hər hansısa müəyyən əskikliklərin olmasını göstərir. Lakin, internet tariflərinin bahalaşmasına baxmayaraq, bəzi istifadəçilər bu artımların xidmət keyfiyyətinə əhəmiyyətli təsir etmədiyini bildirir. Bəzi provayderlərdə 70-80 mbit göstərsə də, bəzilərində 10-30 mbit arasında dəyişir. Ancaq provayder ilə abunəçi arasında bağlanmış müqaviləyə əsasən 100 mbit kimi qeyd olunur ki, bu da bəzən abunəçilərdə fikir qarışıqlığı formalaşdırır. Ümumiyyətlə, sürət artımından söhbət gedirsə, burada həm provayder, həm də abunəçinin əməl etməli olduğu hissələr var. Belə ki, provayderlər onlara aid olan şəbəkə avadanlıqlarını, abunəçilər isə evlərində əvvəllər 2.4 GHZ dəstəkləyən cihaz istifadə edirdilərsə, artıq dual band dəstəkləyən 2.4 GHZ və 5 GHZ dəstəkləyən router cihazlardan istifadə etməyə çalışsınlar. Ümumilikdə, artımı tam hiss edə bilmək, provayderlər öz tərəflərindəki nöqsanları görüb tam aradan qaldırmaq üçün müəyyən zamana ehtiyac var”.
Hər kəs Bakıda çəkilən bu görüntülərdən danışır: 5000 manat cəriməsi var — VİDEO
Əhmədlidə təmir edilən yol yenidən yararsız vəziyyətə düşüb - VİDEO
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Prezident İlham Əliyev
Qəza törədən Nuray Muxtarovadan sərt SÖZLƏR - FOTO
Radarlar ödənişli yollarda sürücülərə necə təsir edəcək?
Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər - YENİLƏNİB
Gecələr kabusa çevrilən qəsəbə: İşıqlar işləmir, yük maşınları sürət həddini aşır - VİDEO
Xocalı soyqırımı türk dünyasının siyasi həmrəyliyini necə formalaşdırıb? - Ekspert AÇIQLADI
Azərbaycan xalqının 34 ildir sağalmayan yarası – 26 fevral XOCALI FACİƏSİ - FOTOSESSİYA
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
XİN Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat yayıb











