Bakı aeroportu ən yaxşı 100-lükdə

Dünyanın ən yaxşı hava limanlarının adları açıqlanıb. Avtosfer.az-ın istipress-ə istinadən məlumatına görə, "Skytrax World Airport Awards" hava limanlarına verilən ən nüfuzlu mükafatlardandır. Seçim 105 ölkə arasında keçirilib. Sorğuda 14 milyondan çox sərnişin iştirak edib. Ümumilikdə bütün dünya üzrə 550 hava limanı qiymətləndirilib. Qiymətləndirmə zamanı qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. məqamlar nəzərə alınır.
İlk pillədə Sinqapuru Çanqi hava limanı qərarlaşıb. Britaniyanın "Skytrax" şirkəti tərəfindən hazırlanan hesabatda bu hava limanı 5 ildir ki, qalib olur. İkinci yerdə Tokio beynəlxalq hava limanıdır. Üçüncü yerdə Cənubi Koreyanın İnçxou aeroportu qərarlaşıb.
Onluqda Münhen, Honkonq, Doha, Sürix, London, Frankfurt hava limanları yer alıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülənlər sırasındadır. Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.
“The World Airport Awards” mükafatı ən nüfuzlu qiymətləndirmə hesab olunur.
Qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax”ın nüfuzlu "4 ulduz" reytinqinə layiq görülüb və bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut edib. İndiyədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülüb.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










