Bakı aeroportunda 2 yaşlı uşaq xəsarət aldı

Heydər Əliyev Beynəlxalq Hava Limanında martın 3-də axşam saatlarında Bakı-Doha reysinə minmə zamanı valideynlərin diqqətsizliyi ucbatından iki yaşlı uşaq xəsarət alıb. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Hava limanından qeyd ediblər ki, iki yaşlı İsa Əliyev təyyarəyə minmə zamanı anasının əlindən çıxaraq pəncərəyə tərəf qaçıb. Nəticədə hava limanı binasının konstruksiyasının dərinliyinə düşən uşaq bədən xəsarətləri alıb. Hava limanının müvafiq xidməti tərəfindən uşağa yerində operativ tibbi yardım göstərilib və daha sonra o Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə təhvil verilib. Bu hadisə ilə əlaqədar Heydər Əliyev Beynəlxalq hava limanı qeyd edir ki, terminalın ərazisində uşaqlar üçün xüsusi yerlər təchiz olunub və valideynləri diqqətli olmağa çağırır.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












