Bakı aeroportunda görünməmiş təhlükəsizlik tədbiri - FOTO

Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib. Avtosfer.az xəbər verir ki, bu haqda musavat.com-un hava limanında olan əməkdaşı məlumat verib. Aprelin 5-dən etibarən hava limanına yalnız uçuş bileti olanlar daxil ola bilir. Sərnişinləri qarşılayan və yola salan heç kim hava limanının qapılarından içəri buraxılmır.
Əməkdaşımız təhlükəsizlik tədbirlərinin artırılmasının səbəbi ilə maraqlanıb. Bu haqda heç bir məlumat ala bilməyib. Yalnız onu öyrənə bilib ki, bu, müvəqqətidir. Bir neçə gündən sonra normal vəziyyətə qayıdılacaq. Təhkükəsizlik tədbirlərini həyata keçirənlər əməkdaşımıza deyiblər ki, aeroportun girişində tətbiq olunan qadağalar diplomatik korpus nümayəndələrinə, rəsmi şəxslər də aid edilir. Kimliyindən asılı olmayaraq kənar heç kim Bakı hava limanının qapılarından içəri keçə bilməz.
Qeyd edək ki hava limanının avtodaynacaqlarını da post patrul xidmətinin əməkdaşları mühafizə edir.


Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












