Bakı aeroportunda ilginc olay: 16 min dolları sərnişinlərə payladı ki...

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10 min ABŞ dollarından başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 26 400 dollar aşkar edilib. Vətəndaş izahatında bildirib ki, 26 400 dollar məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10 min ABŞ dollarından artıq olan 16 400 dolları əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb. Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10 min dollardan artıq olan 16 400 dolları digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirməyə cəhd göstərib. Faktla bağlı araşdırma aparılır.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












