Bakı aeroportunda kuryoz hadisə - Başqa pasportla DSX-dən keçdi

Heydər Əliyev Beynəlxalq Hava Limanında kuryoz hadisə baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, insident 16:40-da Bakı-Moskva reysi ilə (Biznes-klass) uçmalı olan sərnişinin başına gəlib. Belə ki, o, reys qeydiyyatından keçmək üçün (check-in) AZAL aviaşirkətinin əməkdaşına yaxınlaşaraq pasport və biletini təqdim edib. Minmə talonu və pasportunu alan sərnişin uçuşöncəsi yoxlamadan keçmək üçün Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarına yaxınlaşıb. Oradan da keçən şəxs uçuş üçün gözləmə zalına gedib. Burada əyləşərkən isə DSX əməkdaşları sərnişinə yaxınlaşaraq bir yanlışlıq olduğunu, AZAL əməkdaşının ona səhvən Məmməd Məcidli adlı şəxsin pasportunu verdiyi və bu halın onların diqqətindən yayındığını bildirərək üzr istəyiblər. Həmçinin, həmin şəxsin qeydiyyat şöbəsində gözlədiyini qeyd ediblər.
Sərnişin minmə talonunu alan zaman aviaşirkət işçisinin geri qaytardığı pasporta baxmadığını və M.Məmməd adlı şəxslə heç bir oxşarlığı olmadığı halda DSX-nın yoxlamasından asanlıqla və maneəsiz keçdiyini bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












