Bakı aeroportunda nə baş verir? - 600 sərnişin saatlardır gözləyir

Xəbər verdiyimiz kimi, bu gün Bakıdan Naxçıvana uçan təyyarə məcburən paytaxta qayıdıb. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, buna səbəb Naxçıvandakı kəskin hava şəraitidir. Amma məcburi geri qayıdan sərnişinlərdən birinin “Qafqazinfo”ya açıqlamasından məlum olub ki, bu gün Bakıdan Naxçıvana nəzərdə tutulan 1 yox, bütün reyslər (4) təxirə salınıb. Qeyd edilir ki, sözügedən reysin hər birində 100-150 sərnişin olub. Hazırda təxirə düşən uçuşlara görə, 600 nəfərə yaxın adam Heydər Əliyev adına aeroportda qalıb. Sərnişinlərə bildirilib ki, təxirə salınan reyslərin nə vaxt bərpa ediləcəyi ilə bağlı qərar 23:20-dən sonra veriləcək.
Təxirə düşən ilk reysin saatından bəri (13:50) sərnişinlərin aeroportdan, uçuş zonasından kənara çıxmaqlarına icazə verilmir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












