Bakı aeroportunda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markasıyla markalanmayan tütün məmulatının gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib. İdarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Hava Limanının dayanacağında Daşkənd-Bakı aviareysilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb. Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan aksiz markasıyla markalanmayan cəmi 3 800 ədəd "Kent Micro HD Taste System", "Kent HD Taste System" və "Kent Nanotek 2.0" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










