Bakı-Ankara reysi bu qadına görə təxirə salındı - FOTOLAR
Gündəm
20 May 2017 16:50

Qadın özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib
Bu gün saat 16-da Bakıdan Ankaraya uçmalı olan təyyarə reysi təxirə salınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Musavat.com-a həmin reyslə Türkiyənin paytaxtına uçmalı olan sərnişinlərdən biri məlumat verib. Redaksiyaya fotoşəkillər də göndərən oxucunun sözlərinə görə, reysin təxirə salınmasının səbəbi, daha dəqiqi, səbəbkarı bu şəkildə görünən qadındır. Bütün sərnişinlər yerində oturduqdan sonra təyyarə uçuşa hazrlanarkən bu qadın qəfildən fikrini dəyişib və uçmaq istəmədiyini bildirib. Qadın xəstə olduğunu, həyatında ilk dəfə təyyarəyə mindiyini, özünü pis hiss etdiyini və uçuşa dözə bilməyəcəyini deyib. Ona ilk tibb yardım göstərilib və müayinə olunub. Güman olunur ki, qadında aerofobiya (təyyarədə uçmaqdan patoloji qorxu) varmış və o, indi üzə çıxıb.
Bununla belə, beynəlxalq reyslərdə uçuşun təhlükəsizliyinə məsul olan şəxslər qadının son anda uçmaq istəməməsini ciddi qarşılayıblar. Qaydalara görə, əgər kimsə təyyarəni uçuşdan bir az öncə tərk edərsə, bütün sərnişinlər də təyyarəni tərk etməli, yüklər boşaldılmalı, təyyarə diqqətlə yoxlanılmalıdır. Həmin prosedurun həyata keçirilməsinə başlanılıb və bu, reysin iki saat gecikməsinə səbəb olub. Hazırda sərnişinlər və yüklər təkrar yoxlamadan keçirilir.
Öz növbələrində həkimlər də xəstəni müayinə edərək yekun qərara gəliblər ki, qadın ürək xəstəsidir və uçuşla bağlı aşırı həyəcan onun həyatı üçün təhlükəli ola bilər.






Oxunub : 1970
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
ŞƏRH YAZ












