Bakı avtobuslarında Qarabağ sevgisi – FOTO

Bu gündən "BakuBus" MMC-nin bütün avtobuslarının salonundakı monitorlarda "Qarabağı unutma" adlı yaddaş xarakterli məlumat-şəkil nümayiş etdirilir. Şəkildə Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş bölgələrinin siyahısı və işğal tarixi barədə qısa məlumat yerləşdirilib.
Avtosfer.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, məqsəd şirkətin maarifləndirmə imkanlarından istifadə edərək insanların yaddaşını təzələməkdir:

"Hər gün minlərlə vətəndaşımız "BakuBus"ın xidmətlərindən istifadə edir. Avtobuslarımızın salonu həm də ictimai münasibətlərin, ünsiyyətin, ictimai nəzarətin formalaşdığı mühitdir. Buna görə də istər sərnişindaşıma, istərsə də digər sahələrdə maarifləndirici məlumatların vətəndaşlara çatdırılması kimi məsuliyyətli və dəyərli imkanlarımız var. Biz bu imkandan istifadə edərək, xidmət kefiyyətini hər gün bir az da qaldırmağa və sərnişinlərlə münasibətimizi daha sivil şəkildə təşkil etməyə çalışırıq. Eyni zamanda, mütəmadi olaraq, xüsusilə rəsmi dövlət bayramlarında avtobuslarımızın salonunda milli-mənəvi dəyərlərimizin təbliğinə çalışırıq. Məsələn, hər dəfə bayram günləri onların mahiyyətinə uyğun maarifləndirici məlumatları əks etdirən lövhələr quraşdırırıq.
O ki qaldı bu gündən etibarən avtobuslarımızın salonundakı ekranlarda nümayiş olunan şəklə, hesab edirəm ki, ərazisinin 20 faizi işğal altında olan bir ölkənin vətəndaşlarının, sərnişinlərinin hər gün bu məlumatı xatırlamasından təbii heç nə yoxdur. Biz sadəcə yol boyu bunu göz önündə canlandıraraq yaddaşları təzələmək və böyüməkdə olan gənc nəslə təbliğinə yardımçı olmağa çalışırıq".
Qeyd edək ki, "BakuBus" avtobuslarında bundan əvvəl "Bütün yollar Qarabağa aparır" və "Xocalı soyqırımını unutma" adlı təşviqat materialları da nümayiş etdirilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














