Bakı Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev apa-ya bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.
M.Abdullayev hesab edir ki, bayram günlərində sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və 10-11 sentyabr tarixlərinədək davam edəcək:
“Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassadan davam etdirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub.
Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi ilə 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişinin yola salınması nəzərdə tutulub”, - deyə növbə rəisi vurğulayıb.
M.Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB












