Bakı avtovağzalında dərəbəylik başladı: qiymətlər qalxdı

Ramazan bayramı ərəfəsində Bakı avtovağzalında ənənvi problemlər baş qaldırıb. Avtosfer.az xəbər verir ki, artıq bu gündən rayonlara yollananlar problemlə üzləşməyə başlayıb.
Belə ki, bu gün saat 12.00-da Qəbələyə getməli olan avtobus hələ də avtovağzalda gözləyir. Bu barədə qaynarinfo.az-a sərnişin Fəqan İsmayılov məlumat verib.
Sərnişin bildirib ki, avtobus tamamilə dolub. Buna baxmayaraq, sürücü yola çıxmaq istəmir. Səbəb isə onun avtobusa daha çox sərnişin cəlb etmək istəyirdir.
Bundan başqa dolan avtobusa isə bilet satılmır. Qəbələyə gedəcək başqa avtobus isə özbaşına şəkildə qiyməti artırıb. Belə ki, Qəbələyə işləyən marşrut avtobuslarına bilet 6 manatdır. Bu sürücü bu gün sərnişinlərdən 7 manat tələb edir. Ümumiyyətlə, Bakı avtovağzalında bütün bayramlar zamanı analoji problemlər baş verir. Ramazan bayramından sərnişinlərin artması, həmçinin Qəbələyə gələn turistlərin sayının yay aylarında çoxalması bəzi işbazların əl-qolunu açıb.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












