Bakı Avtovağzalında sıxlıq yaşanır - VİDEO

Bayramı bölgələrdə keçirmək istəyənlər avtovağzala üz tutublar. Ona görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaşanıb.
Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur. Əsas səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq istəmələridir.
Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər heç bir problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtda bölgələrə yola düşüblər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejiminə keçib. Qurumun rəsmisi Samir Səfərov deyir ki, sıxlıq nəzərə alınaraq xətlərə əlavə avtobuslar buraxılıb. Onun sözlərinə görə, təkcə ötən gün 369 reyslə 11 min 858 sərnişin daşınıb ki, bu da adi günlərdən iki dəfə çoxdur.
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası










