Bakı-Banqkok aviareysinin açılışı texniki səbəblərə görə təxirə salınıb

Azərbaycan və Tayland arasında müntəzəm aviareyslərin yerinə yetirilməsi müəyyən texniki səbəblərə görə növbəti mövsümədək təxirə salınıb. Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları"ndan (AZAL) məlumat verilib. “Bu, ilk növbədə bizim hava gəmiləri üçün slotlarla bağlıdır. Bizə verilmiş cədvəl üzrə təyyarə Banqkok hava limanında uzun müddət dayanmışdır, uçuşların digər Asiya ölkələri ərazisində davam etdirilməsi üçün icazə isə bizə hələ verilməmişdir. Bundan başqa, “Buta Airways” loukosterinə 5 “Embraer” təyyarəsinin verilməsini nəzərə alaraq, aviaşirkətin azalan donanması cari cədvəl üzrə daha prioritet istiqamətlərə yönəldiləcək”, - deyə şirkətdən bildirilib. Şirkətdən əlavə ediblər ki, sözügedən reysin açılması məsələsi gündəmdədir: “Ümid edirik ki, yaxın illərdə donanmaya yeni müasir “Boeing 737 MAX” təyyarələri və 4 ədəd “Boeing 787 Dreamliner” təyyarəsinin əlavə edilməsi ilə sözügedən reysin açılması məsələsi mütləq gündəmdə olacaq”. Qeyd edək ki, Bakı-Banqkok aviareysinin 2017-ci il oktyabrın 29-dan fəaliyyətə başlayacağı planlaşdırılmışdı.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












