Bakı-Batumi reysi ləğv olunur? - Açıqlama

Bu ilin iyul ayında açılan Bakı-Batumi reysinin ləğv ediləcəyi haqda məlumatlar yayılıb. Bakı-Batumi reysi üçün nəzərdə tutulan avtobusların ölkədaxili marşurut xətlərində istifadəyə verildiyi bildirilir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bu məlumatlara aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, bu barədə şöbə rəisi azvision.az-a bildirib ki, Bakı-Batumi reysi əsasən yay aylarında daha çox sərnişin təlabatı olduğu üçün fəaliyyət göstərir.
“İyun iyul, avqust aylarında həddindən çox sərnişin sıxlığı müşahidə olunurdu. Lakin havalar soyuduqca, payız fəsli yaxılnlaşdığı üçün sərnişin sayı azalıb. Amma bu tamamilə Bakı-Batumi reysinin ləğv edilməsi demək deyil. Sadəcə avtobus sayı azaldılıb ki, bu da mövsümlə əlaqədardır”.
Ş.Mehmanqızı vurğulayıb ki, növbəti yay fəsli üçün bu xətt üzrə avtobus sayının bir neçə dəfə artırılacağı nəzərdə tutulur: “Bu mövsüm o qədər sərnişin təlabatı ilə rastlaşdıq ki, növbəti yay fəsli üçün avtobus sayının artırılmasını nəzərdə tutumuşuq. Təbii ki, reysin ləğvi gündəmdə deyil. Bunun üçün Gürcüstanda bu sahədə fəaliyyət göstərən nəqliyyat şirkətlər ilə müqavilə bağlanılıb. Təbii ki, əlaqələr normal şəkildə davam edəcək. Lakin hazırda sərnişin sıxlığı az olduğu üçün həmin avtobuslardan Respublika daxili xətlərdə istifadə edilməsi mümkündür”.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










