Bakı Beynəlxalq Avtovağzalı bir günə 18 min sərnişin daşıyıb

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bir günə 18 min sərnişin daşıyıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib. Onun sözlərinə görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il ilə əlaqədar təmsil etdiyi qurum dekabrın 25-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: "Bayram ərəfəsində ən çox sərnişin sıxlığı yaşanan gün 30 dekabr olub. Həmin gün təxminən 18 minə qədər sərnişin daşınıb. Hazırda da Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır. Bayramdan sonrakı günlərdə gün ərzində təxminən 11-12 min sərnişin daşınıb".
Y.İsakov bildirib ki, ötən illərlə müqayisədə onlayn bilet satışında aktivlik müşahidə olunub: "Təyin edilmiş qrafiklər üzrə öncədən bilet satışının təxminən 40 faizini onlayn satış təşkil edib".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












