Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzalı (BBA) Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. BBA-nın mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 23-dən 28-dək Avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusunun ayrılması nəzərdə tutulub. Qeyd edək ki, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir. Bayram günlərində müşahidə olunacaq sıxlığı nəzərə alaraq, BBA həmin tarixlərdə regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl almağı tövsiyə edir. Belə ki, 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












