Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı yaşanıb - VİDEO

Qurban bayramının ilk günündə Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişin sıxlığı yaşanıb. Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, Avtovağzalda sərnişinlərin rahat hərəkətini təmin etmək üçün bir neçə nəzarətçi cəlb edilib. Məqsəd həm gediş haqqının artmasının, həm də sıxlığın qarşısını almaqdır. Ancaq buna baxmyaraq bəzi sərnişinlər problemlə qarşılaşdıqlarını bildirib. Avtovağzal kompleksində sərnişinlərin rahatlığı üçün ilk dəfə olaraq tibb mənətəqəsi fəaliyyət göstərib. Səhər saatlarında artıq tibb məntəqəsinə müraciət edənlər olub. Qiymətlərə gəldikdə isə, Avtovağzaldan bildirdilər ki, vətəndaşlar biletləri qabaqcadan satış kassalarından və ya onlayn qaydada ala bilərlər. Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Bayram günlərində 600-dən çox avtobusla təxminən 16 min sərnişinin daşınması nəzərdə tutulur. Hər hansı neqativ fakta rast gəlindikdə isə həmin daşıyıcı reysdən uzaqlaşdırılacaq.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










