Bakı Beynəlxalq Dəniz Ticarət Limanı açıq tender keçirir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC zəruri olan tikinti materialları və elektrik mallarının alınması üçün açıq tender elan edib. Sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərdən əsas tələblər tikinti materialları və elektrik mallarının siyahıya uyğun təqdim olunması, keyfiyyətinə zəmanət vermək və bu məmulatların alınması ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılmasından ibarətdir. Tikinti materiallarına dair tenderdə iştirak etmək istəyənlər 250 manat, elektrik mallarınının tenderinə qatılmaq istəyənlər isə 150 manat iştirak haqqını ödəməlidirlər. İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) martın 27-dək, tender təklifi və bank zəmanətini isə aprelin 5-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər. İddiaçıların təklif zərfləri aprelin 6-da qeyd olunan ünvanda açılacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












