Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə yükdaşıma 47% artıb

2016-cı ildə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə ümumi yükaşırmanın 2015-ci illə müqayisədə 47 % artaraq 4,5 mln. tona çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə Limandan bildirilib. Məlumata görə, yükaşırmanın 87%-i tranzit yüklərinin payına düşüb. Ən böyük artım təkərli texnikanın, xüsusilə iri həcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb.
Belə ki, əvvəlki ilə nisbətən Limanın xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3 dəfəyə yaxın artaraq 23 415 olub. Bunların 13 791 ədədi (58,3%-i) Bakı-Aktau-Bakı istiqamətində, 9 850 ədədi (41,7%-i) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
2015-ci il ilə müqayisədə TEU ekvivalentində konteynerlərin aşırılması 28,5% artaraq 17 100 TEU təşkil edib. Neft və neft məhsullarının aşırılması isə 2 dəfəyə yaxın (87,5%) artaraq 1,575 mln. tona çatıb. Ələt qəsəbəsində yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 17,4% artaraq 36 896 ədəd təşkil edib. Bunlardan 11 109 vaqon (30,1%) Bakı-Aktau-Bakı istiqamətində, 25 787 vaqon (69,9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artaraq 20 203 nəfər olub.
İl ərzində Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı 8,2% artaraq 418,1 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlərin və tikinti materiallarının idxalının payına düşüb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










