Bakı Bulvarına elektrikli velosipedlər gətirildi

Bakıya elektrikli velosipedlər gətirilib. "GreenCar" şirkəti Dənizkənarı Bulvar İdarəsi ilə birlikdə yeni layihəyə başlayıb. Avtosfer.az anspress-ə istinadən məlumatına görə, adıçəkilən şirkət bulvarda elektrik velosipedlərinin icarəsini təşkil edir.
Yəni bundan sonra bulvar ərazisində “Veloparkda” elektrik velosipedləri də icarəyə veriləcək. Bir saatlıq icarənin qiyməti 4 manatdır. Elektrik velosipedlər saat 14.00-dan 23.00-dək bulvar ziyarətçilərinin ixtiyarında olacaq.
Velosipedləri bulvar ərazisində quraşdırılmış enerjidoldurma məntəqəsində "GreenCar" şirkətinin əməkdaşları şarj edərək icarəyə verəcək.
Ötən il "GreenCar" şirkəti Bakıda elektrikli maşın satışına başlayıb. "Tesla" adlı bu avtomobilləri “GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış Mərkəzindən əldə etmək olar.
"Greencar" elektrik nəqliyyat vasitələrinin satış və xidmət Mərkəzi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə 2014-cü ilin dekabrından etibarən ölkə ərazisində fəaliyyətə başlayıb. Elektrikli nəqliyyat vasitələrini təqdim edən Mərkəzin Azərbaycanda həyata keçirdiyi genişmiqyaslı innovativ-ekoloji layihənin məqsədi ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək göstərməkdir.
“GreenCar” elektrik nəqliyyat vasitələrinin satış Mərkəzi müxtəlif ölkələrin istehsalı olan elektrik nəqliyyat vasitələrinin – elektrik avtomobilləri, elektrik avtobusları, elektrik motosikletləri, elektrik velosipedlərinin və s. satışını həyata keçirir. Burada ziyarətçilərə elektrik avtomobillərinin ətraf mühitin qorunması baxımından üstünlükləri, onlarda tətbiq olunan texnoloji yeniliklər barədə məlumatlar təqdim edilir, həmçinin bu növ avtomobillərin satışı və texniki xidməti təşkil olunur.
Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










