“Bakı Bus” bu sərnişinləri axtarır - FOTO

Yanvarın 6-sı baş verən qəzadan sonra daşıyıcısı dəyişdirilərək “Bakı Bus”la əvəzlənən 175 nömrəli avtobusa sərnişinlər zərər vurublar.
Sosial şəbəkə istifadəçisi Elşad Mətləboğlu avtobusun oturacağının şəklini paylaşaraq, yazıların sərnişinlər tərəfindən yazıldığını qeyd edib. Həmin foto sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan “Bakı Bus”un mətbuat katibi Mənsur Piriyev bildirib ki, hadisə barədə məlumatları var və araşdırma aparılır:
“Arxa oturacaqların arxa hissəsində bu cür yazılar aşkar olunub. Hazırda həmin yazıları yazan şəxslərin tapılması üçün araşdırma aparırıq. Müəyyənləşəndən sonra həmin “zərərvericilər” haqqında məlumatı hüquq-mühafizə orqanlarına verəcək və videogörüntüləri də ictimailəşdirəcəyik. Avtobus ictimai nəqliyyat vasitəsidir və ictimaiyyətin maraqlarına xidmət edir. Ona görə də bütün sərnişinlər bu məsələdə həssaslıq göstərməlidir. Yaxşı olar ki, bu cür hərəkət edən sərnişini görəndə ətrafdakı insanlar ona reaksiya versin, onu bu qanunsuz hərəkətindən çəkindirsinlər”.
Qeyd edək ki, 6 yanvar tarixində Zığ şossesində 175 nömrəli marşrut avtobusu yoldan çıxaraq dərəyə aşmışdı. Qəza zamanı avtobusun içərisində olan 20-yə yaxın sərnişindən 12-si müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Bu hadisədən sonra avtobusun daşıyıcısı dəyişdirilərək, “Bakı Bus”la əvəz edildi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













