Bakı Dairəvi dəmir yolunun təmiri sürətləndiriləcək

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı Dairəvi dəmir yolunun təmirini qısa zamanda başa vurmaq niyyətindədir.Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə qurumun rəhbəri Cavid Qurbanov deyib. Bununla belə, o, təmir işlərinin nə zaman başa çatacağı və dəmir yolunun istismara veriləcəyi tarix barədə dəqiq məlumat verməyib. C.Qurbanov deyib: “Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur. Bu o deməkdir ki, 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir".
Cavid Qurbanov Bakı-Sumqayıt dəmir yolunun da qısa müddət ərzində bərpa olunduğunu deyib.
Qeyd edək ki, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












