Bakı Dairəvi yolda təhlükəli vəziyyət niyə həllini tapmır? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı Dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzi istiqamətinə gedən hissəsində yolu genişləndirmək məqsədilə dəmir arakəsmə kəsilib. Lakin ərazidə dəmir qalıqları saxlanılıb ki, bu da sürücülər üçün təhlükə yaradır və nəqliyyat vasitələrinə ziyan vurur.
Avtosfer.az xəbər verir ki, sürücülər məsələ ilə bağlı narazılıqlarını bildirərək deyirlər ki, gün ərzində bir neçə dəfə təkərləri sıradan çıxır.
"Gündə iki dəfə təkərim partlayır. Bu yolu düzəltmək lazımdır. Niyə düzəltmirlər, hara baxırlar?! Qazandığımız pul elə təkərin dəyişdirilməsinə gedir", - onlardan biri deyib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazidə əyri xətt dəmir tellərin kəsilməsi ilə genişləndirmə işləri bir neçə il əvvəl icra olunub:
"İndiyədək həmin ərazi ilə bağlı təhlükəli vəziyyət və ya onun nəticələri barədə heç bir müraciət daxil olmayıb. Buna baxmayaraq, əməkdaşlarımız tərəfindən əraziyə baxış keçiriləcək. Əgər hər hansı bir təhlükəli vəziyyət aşkarlanarsa, onun aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaq".
Daha ətraflı Baku TV-nin süjetində:
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər - Bu qədər cərimələnəcək
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO










