Bakı dairəvi yolu çökə bilər - FOTO

Bakı dairəvi avtomobil yolu çökə bilər. Artıq yolun salındığı yamacda dərin yarğan əmələ gəlib və böyük bir ərazidə torpaq aşınaraq sürüşüb. Bundan əlavə, Yasamal rayonunun kanalizasiya borularının keçdiyi "Qurd qapısı" qəbiristanlığı da təhlükə ilə üz-üzə qalıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, illərdir borulardan axan çirkab sular qəbiristanlığın bir hissəsini yuyub və dərinliyi 1-2 metrə çatan yarğanlar əmələ gətirib. Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, üzərindən magistral yol salınan dağda çökmə prosesi son 1-2 ildə başlayıb. Əgər çarə edilməzsə, bu yol üçün təhlükə ola bilər. "Uzaqdan da görünür ki, artıq çökmə prosesi başlayıb. Bakı dairəvi yolunun aşağısında əvvəllər olmayan dərin yarğan yaranıb. Bunlar son 1-2 ildə yaranıb, əvvəllər yox idi. Əgər qarşısı alınmasa, yol istənilən vaxt çökə bilər. Həm də qəbiristanlığın kanalizasiya borularının keçdiyi hissəsində torpaqda yarğanlar əmələ gəlib. Hətta bəzi qəbirlər də dağılıb. Bu, həm də qəbiristanlığın gələcək taleyini də sual atında qoyur", - deyə sakinlər bildirirlər. Qeyd edək ki, kanalizasiya suları borularla axaraq qəbiristanlığın aşağı hissəsində yerləşən əraziyə tökülür. Oradan çirkab suların bir hissəsi yerin altı ilə yaxınlıqdakı göllərə axır. Bir hissəsi isə yığılaraq ərazini bataqlığa çevirir. Yaranmış vəziyyətlə bağlı "Azəravtoyol" ASC ilə əlaqə saxladıq. Lakin ASC-də yol üçün hər hansı təhlükə olması ilə razılaşmırlar. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yol inşa olunarkən bütün təhlükələr nəzərə alınıb və yolun çökmə ehtimalı yoxdur: "Bu yol xüsusi çətinlikli relyefə malik hissədən keçir. Yol inşa olunarkən hər şey nəzərə alınıb. Bütün qabaqlayıcı tədbirlər görülüb, istinad divarları tikilib, qurunt sularının axıdılması üçün yolun altından kanallar çəkilib. Yəni orada ciddi bir təhlükə ola bilməz, amma bizim əməkdaşlar əraziyə baxış keçirərək vəziyyəti aydınlaşdıracaq", - deyə A.Nəcəfli bildirdi. Problemlə bağlı cavabdeh dövlət orqanı olan "Azərsu" ASC ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab ala bilmədik.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
















