Bakı dairəvi yolunda baş vermiş çökmənin səbəbi açıqlandı - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının əməkdaşları tərəfindən Bakı dairəvi yolunda çökmə baş vermiş əraziyə baxış keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, yolun dəmir arakəsmələr yerləşən sahəsində təxminən 30 metrin 6-7 metrə ölçüsündə çökmə prosesi baş verib. Onun sözlərinə görə, bu, ekzogen-geoloji proses kimi qiymətləndirilmir: “Yol genişləndirilən zaman istinad divarı tikilib. Tökmə torpaq qatı ilə yol genişləndirilib. Tökmə torpaq qatı yuyulub gedib, ərazidə 20 sm qalınlığında tökmə torpaq qatı çöküb”.
R.Həsənov qeyd edib ki, yolun hərəkət hissəsində eni 2 sm ölçüsündə çatlar əmələ gəlib: “Proqnoza görə, atmosfer yağıntılarının təsirindən çatların genişlənməsi və yolun hərəkət hissəsinin çökməsi təhlükəsi yarana bilər”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
















