Bakı Dəmir Yolu Vağzalında xeyriyyə tədbiri keçirilib - FOTO

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Dəmir Yolu Vağzalında xeyriyyə tədbiri baş tutub. Tədbir valideyn himayəsindən məhrum olmuş, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunub. Eyni zamanda tədbirdə “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Qadın və uşaq” sığınacağının sakinləri də iştirak edib.
Tədbirin əsas məqsədi gələcəyimiz olan uşaqlara diqqət və qayğının göstərilməsidir.
Belə ki, 70-yə yaxın uşaqla birgə vağzalda ekskursiya təşkil olunub. Daha sonra dayanacaqdakı qatarlarla tanış olan uşaqlar üçün ilk dəfə olaraq qatar həyəcanı yaşanıb. Onlar üçün nəzərdə tutulmuş Bakı-Sumqayıt qatarı ilə Xırdalan stansiyasına qədər qısa səyahət təşkil olunub. Səyahətin sonunda tədbir vağzal binasında onlar üçün hazırlanmış masa ətrafında yığıncaqla davam etdirilib. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.
Qeyd edək ki, tədbir “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Talassemiya Federasiyası, “Leykemiya ilə Mübarizə” İB, “Təmiz Dünya Qadınlara Yardım” İB və “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
“Azərbaycan Dəmir Yolları” QSC hər kəsi belə xeyriyyə tədbirlərinə qoşulmağa, uşaqlara diqqət və qayğı göstərməyə çağırır.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















