Bakı Dəmiryolu Vağzalında ixtisarlar

Bakı Dəmir Yolu Vağzalının kassalarında çalışan xəzinədarlar işdən uzaqlaşdırılıb. Avtosfer.az bakupost-a istinadən xəbər verir ki, artıq kassalarda ASAN xidmətin əməkdaşları fəaliyyət göstərir. Bu da əksəriyyəti xanımlardan ibarət olan köhnə kassirlərin işsiz qalması ilə nəticələnib. Bundan qabaq isə ölkədaxili reyslərdə çalışan xanım bələdçilər işdən azad edilərək yalnız Rusiya və Ukrayna istiqamətində gedən qatarlarda işləməyə cəlb olunmuşdu. Məlumata görə, indi qatara bilet almaq istəyən sərnişinlər kassada olan ASAN xidmət əməkdaşlarına yaxınlaşaraq ödəniş edirlər. Bu yenilik sərnişinlərin də ürəyincədir. Belə ki, əvvəllər dəmiryol vağzalının kassalarında bilet tapa bilməyən sərnişinlər "qara bazar”a üz tutmalı olurdu. İndi isə ASAN xidmət vasitəsilə rahat şəkildə bilet əldə edə bilirlər. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova faktı təsdiqləyib. Bildirib ki, həqiqətən də Bakı Dəmir Yolu Vağzalının kassalarında sərnişin qatarlarına bilet satışı bu ilin mart ayının əvvəlindən ASAN xidmət vasitəsilə həyata keçirilir. Sevinc Qədirova onu da qeyd edib ki, əvvəllər çalışan bilet kassirləri işlə təmin olunacaqlar: "Onlara müvafiq işlər təklif olunacaq”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












