Bakı dünyanın ən ucuz şəhərləri sırasında

Beynəlxalq konsaltinq şirkəti olan “Mercer”in tərtib etdiyi “Cost of Living Survey 2017” adlı reytinqə əsasən Bakı dünyanın ucuz şəhərlərindən biridir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, reytinqə 5 qitədə yerləşən 209 şəhər daxil edilib. Reytinqin tərtibi zamanı təxminən 200 komponentin qiyməti araşdırılıb ki, onlar arasında yaşayış, o cümlədən mənzil, nəqliyyat, qida, geyim, ev əşyaları, əyləncə və s. var. Oriyentir qismində Nyu-York şəhəri (digəriləri bu şəhərlə müqayisə olunub) götürülüb. Beləliklə, ən bahalı şəhər adını Anqolanın paytaxtı Luanda qazanıb. Onun ardınca Honkonq, Tokio, Surix və Sinqapur gəlir. İlk onluğa həmçinin Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern daxildir. Moskva reytinqin 14-cü pilləsində qərarlaşdığı halda, Sankt-Peterburq 36-dır.
Bakı 209 ölkə arasında 182-ci yerdə qərarlaşıb. Belarusun paytaxtı Minsk 200-cü, Gücrcüstanın paytaxtı Tbilisi isə 204-dür. Ukraynanın paytaxtı Kiyev yalnız 163-cü yerlə kifayətlənməli olub.
Ən ucuz şəhərlər isə Afrikanın Blantayr və Vindhuk, Skopye (Makedoniyanın paytaxtı), Bişkəkdir (Qırğızıstanın paytaxtı).
Qeyd edək ki, dünyanın ən iri transmilli şirkətləri öz fəaliyyətində "Mercer"in reytinqlərindən və araşdırmalarından istifadə edir
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












