Bakı-Ələt-Hacıqabul yolundakı təmir işləri nə vaxt yekunlaşacaq? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M2 - Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, yenidənqurma işləri aparılır. Bu isə bəzi hallarda yolda tıxacların yaranmasına səbəb olur.
Bəs tikinti işləri nə zaman yekunlaşacaq?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladdıq. Qurumun mətbuat katibi Anar Nəcəfli "Bizim.Media"ya açıqlamasında bildirib ki, Bakı-Ələt-Hacıqabul yolu ilk inşa edilən magistrallardan biridir:
“Ona görə də həmin magistralın ayrı-ayrı hissələrində yol dağılmışdı. Bu da haqlı narazılıq yaradırdı. Problemin kökündən həlli üçün tərəfimizdən həmin magistral yolda əsaslı yenidənqurma işlərinə başlanılıb. Təmirlə əlaqədar olaraq, hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir. Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir. Lakin bəzi sürücülər öz yolu ilə hərəkət etmək əvəzinə qarşı yola çıxır. Bu da istər-istəməz tıxac yaradır. Ona görə də sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur. Magistral yolda tikinti işlərinin nə zaman başa çatması barədə konkret vaxt demək çətindir. Çünki məsafə kifayət qədər uzundur. Hələlik yolun bir tərəfində tikinti işləri aparılır. Daha sonra yenidənqurma işləri əks yolda təşkil ediləcək. Bu da müəyyən vaxt aparacaq”.
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?










