Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO

Gündəm 15 May 2026 18:27
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü;  uzun tıxac yarandı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakı-Ələt-Qazax-Gürcüstan dövləti sərhədi avtomobil yolunun Bakı istiqamətində 55-ci kilometrliyində yerləşən kanal körpüsündə çökmə qeydə alınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Avtosfer.az-a veriln məlumata görə, körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə yaranıb.

Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - VİDEO (YENİLƏNİB)

Bildirilib ki, hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülüb.

Hazırda magistralın 54-cü kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq qəsəbədaxili yan yola yönləndirilib.

Qeyd edilib ki, əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir, qısa müddət ərzində bərpa işlərinə başlanılacaq.

Oxunub : 166
ŞƏRH YAZ
Ad

E-mail

Şərh