Bakı “Formula-1”ə görə viza qaydaları dəyişir

İyun ayında Bakıda keçiriləcək “Formula-1” yarışları üçün media nümayəndələri, FOM/FIA/Komanda heyətləri və xarici azarkeşlər üçün nəzərdə tutulan viza və gömrük prosedurlarına yeniliklər edilib.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Avropa Qran Prisində iştirak etmək üçün Bakıya gələcək daimi akkreditasiyası olan media nümayəndələrinin, FOM/FIA/Komanda heyətlərinin və xarici azarkeşlərin viza rəsmiləşdirilməsi qaydalarına edilmiş yeniliklər haqqında məlumat yayıb.
Pasport və Formula 1 Avropa Qran Prisi üçün daimi “Formula-1” media buraxılış vəsiqəsi və daimi akkreditasiya ilə təmin olunmuş bütün daimi akkreditasiyası olan “Formula-1” media nümayəndələri və FIA/FOM/Komanda heyətləri artıq viza üçün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında xidmət göstərən bir neçə viza məntəqəsinə pasport və daimi akkreditasiya sənədi ilə müraciət edə bilərlər.
Bu sadələşdirilmiş qaydalar, o cümlədən 2016-cı il Formula 1 Avropa Qran Prisini izləmək üçün ölkəmizə səfər etmək istəyən, pasport və bileti, yaxud biletin alınması haqqında təsdiq sənədi olan Formula 1 azarkeşlərinə də şamil edilir.
Belə ki, həmin şəxslər Azərbaycana daxil olmaq üçün vizanı Bakı Hava Limanındakı Viza məntəqəsinə müraciət edərək əldə edə bilərlər.
BŞH-nin bu məqsədlə hava limanında təşkil edəcəyi Viza məntəqəsi iyunun 1-də fəaliyyətə başlayacaq.
Hava limanında viza rəsmiləşdirilməsi üçün 35 avro məbləğində birdəfəlik rüsum ödənilməlidir.
Əlavə olaraq, Azərbaycan Hökuməti və BŞH, Bakıya səfər etmək və iyun ayında baş tutacaq yarışları işıqlandırmaq niyyətində olan bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələri üçün sadələşdirilmiş və asan viza müraciət qaydaları hazırlayıb.
Vizaya müraciət etmək üçün, BŞH bütün bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələri müvafiq məlumatları 30 may 2016-cı il tarixindən gec olmayaraq [email protected] ünvanına göndərməlidirlər.
Viza üçün edilən müraciətə müsbət cavab verilmiş hər bir şəxs üçün birdəfəlik ödəniş haqqı 70 ABŞ dolları təşkil edəcək.
“Bakıya səfərinizlə əlaqədar hər hansı bir sualınız olarsa, BŞH ilə istədiyiniz zaman əlaqə saxlaya bilərsiniz: [email protected]”, – şirkət məlumatda bildirir.
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Tbilisi prospektində avtobuslar artıq hərəkəti dayandırmayacaq - “cib” zolaqları işə düşdü
F.S. görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO
Nəhəng Çin şirkəti yanacaq sərfiyyatını azaldan yeni texnologiya istehsal edib - RƏSMİ
İranda vəzifəli şəxslərin ölümü dövlətin sisteminə necə təsir edir? – Politoloq AÇIQLADI
Mən altıncı ildir Novruz bayramını Qarabağda qeyd edirəm - Azərbaycan Prezidenti
Paytaxtın 26 küçəsində sıxlıq var - SİYAHI
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
Avtomobil nömrəsini “bron” etmək olar?
Elektrikli avtomobillər Bakıda yanğın riskini artırıb – İki binanın yanmasının səbəbləri üzə çıxdı
Közərmə lampalarına qadağa qoyuldu; satanlar və ölkəyə gətirənlər cəzalanacaq – AÇIQLAMA










