Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR

Bu gün Azərbaycanda yeganə olan Bakı funikulyorunun 66 yaşı tamam olur.
Avtosfer.az xatırladır ki, Bakı funikulyoru tanınmış dövlət xadimi, Əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib.
İlk dəfə 1960-ci il mayın 5-də istifadəyə verilən funikulyorun qatarları SSRİ zamanında xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyor xətti "Bəhram Gur" və "Şəhidlər xiyabanı" olaraq iki stansiyadan ibarətdir.
Hər iki stansiyadan vaqonlar eyni vaxtda eyni relslə stansiyanı tərk edir, yolun tam yarısında bir-biri ilə qarşılaşanda ayırıcı relslərlə ötüşürlər. Vaqonlar bir-birini ötüb keçdikdən sonra yenidən eyni relslə hərəkət edirlər.
Stansiyalararası məsafə 455 metr, qatarın maksimal sürəti saniyədə 3 metr, vaqonlarda oturacaq sayı 28, yolu qətetmə zamanı dörd dəqiqədir.
Müxtəlif vaxtlarda təmirə bağlanan funikulyor sonuncu dəfə 2012-ci il mayın 23-də əsaslı təmirdən sonra yenidən istifadəyə verilib.
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
















