Bakı funikulyorunun fəaliyyəti tezliklə bərpa olunacaq

Bir neçə aydır fəaliyyətini dayandıran Bakı funikulyoru hələ də xidmət göstərmir. Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov "Report"a bildirib ki, qurğunun çalışmaması texniki məsələdir və xarab olan hissənin gətirilməsini gözləyirik: "Xarab olmuş hissə gətirilən kimi funikulyorun fəaliyyəti bərpa olunacaq".
Qeyd edək ki, Bakı funikulyoru 1960-cı ildən fəaliyyət göstərir və 2 stansiyası var. Stansiyalararası məsafə 455 metrdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik olub. 1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilib. Bakı funikulyoru sonuncu dəfə 2012-ci il mayın 23-də əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












