Bakı havası ən çirkli olan şəhərlər arasında

Dünyanın bir çox ölkələrində havanın tərkibi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartlara cavab vermir. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, bu haqda ÜST-ün bu gün dərc edilən illik hesabatında deyilir. Hesabata görə, əsas riskə əhalinin az gəlirləri olan şəhər sakinləri məruz qalırlar. Araşdırma 2008-2014-cü illərdə 103 ölkədə aparılıb. Nəticələrə görə, kasıb ölkələrin 100 mindən çox əhalisi olan şəhərlərinin 98% faizində havanın tərkibi standartlara uyğun deyil. Eyni zamanda zəngin ölkələrdə bu göstərici 56% təşkil edir. 6 il ərzində isə dünyada havanın çirklənməsi 8% artıb. ÜST-ün məlumatına görə, hazırda dünyanın ən çirkli havası olan şəhər İranın cənub-şərqində yerləşən Zaboldur. Havada diametri 2,5 mm olan (P2,5) xırda sərt hissəciklərin illik orta səviyyəsi bir kub metrə 217 mikroqram təşkil edir. ÜST standartlarına görə, bu göstərici 1 kub metrə 10 mikroqram təşkil etməlidir. Ən çirkli havası olan şəhərlərin 5-nə Hindistanın 4 şəhəri - Qvalior, Allahabad, Patna və Raypur daxildir. Dünyanın ən təmiz havası isə İsveçin Kiruna şəhəridir. Burda PM2,5 göstəricisi 2mkq/m3 bərabərdir.
Havanın sıx əhalisi olan şəhərlərə gəldikdə isə 2011-ci ildə PM2.5 göstəricisi Pekində 85 mkq/m3, Şanxayda 52mkq/m3, İslamabadda 66 mkq/m3-dir. İstanbulda bu göstərici 2012-ci ildə 33 mkq/m3, 2014 ildə Parisdə 18 mkq/m3, 2013-cü ildə Londonda 15 mkq/m3 və 2014-cü ildə Nyu-Yorkda 9 mkq/m3 təşkil edib.
Bakıya gəldikdə isə şəhərimizin havasının çirklənmə səviyyəsi normadan artıqdır. 2015-ci ilin göstəricisinə görə, Bakıda PM2.5 göstəricisi 50 mkq/m3 olub.
Təşkilat iddia edir ki, şəhərlərdə havanın keyfiyyətinin aşağı düşməsi əhalinin sağlamlığına risklər yaradır. İnsanlarda xroniki respirator xəstəliklər, astma, ürək çatışmazlığı, ağ ciyər xərçəngi və sağlamlıqla digər problemlər üzə çıxa bilər. Qurumun araşdırmasına görə, hər il qeydə alınan 7 milyon vaxtından əvvəl ölümün 3 milyonunun baş vermə səbəbi hava çirklənməsi ilə bağlıdır.
Havanın çirklənməsi ilə bağlı vəziyyət və bununla bağlı risklərin qarşısının alınması mövzusu mayın 24-dən 30-dək Cenevrədə keçirilən Ümumdünya Səhiyyə Assambleyasında müzakirə olunacaq.
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








