Bakı-İstanbul reysi ilə uçuş edən təyyarə hava şəraitinə görə İzmirdə enib
Gündəm
19 Mart 2022 23:13
Oxunub 1722

Bakıdan İstanbula yola düşən “Buta Airways” aviaşirkətinin təyyarələri (J2-9103 və J2-9105 reysləri) əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen hava limanına eniş edə bilməyib.
Hava gəmisi kapitanları İzmir hava limanına enməyə qərar veriblər. Xatırladaq ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sözügedən reyslər Bakıdan gecikmə ilə yola düşüb. Lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq təyinat aeroportu uçuş-enmə zolağının qardan təmizlənməsi səbəbindən hazırda təyyarələrin qəbulunu məhdudlaşdırıb. İstanbul hava limanının fəaliyyəti bərpa olunduqdan dərhal sonra təyyarələr İzmirdən yola düşəcək.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













