Bakı İstintaq Təcridxanasında xəstəlik yayılıb?

Son günlər sosial şəbəkələrdə Kürdəxanı təcridxanasında bit xəstəliyinin yayılması barədə məlumatlar paylaşılır.
“Qafqazinfo” yayılan məlumatlarla bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ünvanlayıb.
Xidmətdən sorğumuza cavab olaraq bildirilib ki, təcridxanada bit xəstəliyi yayılması haqda deyilənlər həqiqəti əks etdirmir:
“Qeyd edilənlər həqiqəti əks etdirmir, bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır.
Bakı İstintaq Təcridxanasında (BİT) qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur.
Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır.
Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər”-deyə Xidmətin cavabında qeyd edilib.
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir - POLİTOLOQ
Taksi sürücüləri üçün imtahan keçiriləcək
Daha bir ərazidə piyada zonası yaradılır - VİDEO
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət CƏDVƏLİ - FOTOLAR
Prezident FƏRMAN İMZALADI - Maaşdan 50 faiz tutulacaq
Bakıda yollar ödənişli olacaq – QİYMƏT AÇIQLANDI
Paytaxtın 22 istiqamətində tıxac var - SİYAHI
Qış təkərləri məcburi olacaq? : "Bu məsələyə ciddi yanaşmaq lazımdır"











