Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsi yaradılacaq

Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin yaradılması Türkiyə və ya İran üzərindən mümkün ola bilər. Bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, bu layihənin reallaşması üçün iki variant mövcuddur: "Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu isə Türkiyənin ərazisidir və bu layihənin dəyəri 2-2,5 mlrd. dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil".
"Digər tərəfdən, İranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün yol tikilir. Bu yolun maliyyə dəyəri 1 mlrd. dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra, İrandan keçməklə, yəni 1 450 km ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Qeyd edim ki, dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır", - deyə "Azərbaycan Dəmir Yolları" başçısı əlavə edib.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












