Bakı-İstanbul avtobusunu partlatmaq istəyən dəstənin üzvlərinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İŞİD” üzvü kimi İraq və Suriyadakı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə A.Gülməmmədov 13 il və Ə.İmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Rəsmi məlumata görə, 2016-cı ilin oktyabr ayında Bakı-İstanbul reysində olan İŞİD üzvləri Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onların ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb.
Ona DTX-ya getmək təklif olunsa da A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd edib. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb.
4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçirilib. Onalar Sumqayıt şəhər sakinləri A.Gülməmmədov və Ə.İmanovdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












