Bakı kəndlərinə gedən bəzi sürücülər gediş haqqını qaldırıb

Bir neçə gündür ki, Bakıətrafı kəndlər istiqamətində fəaliyyət göstərən bəzi marşrut xətlərində gediş haqqı qaldırılıb. Avtosfer.az xəbər verir ki, “qafqazinfo”ya şikayət edən sərnişinlər bildiriblər ki, 131, 107 və 172 nömrəli marşrut avtobuslarının salonunda gediş haqqı 30 qəpik yox, 35 qəpik göstərilir. Təbii ki, sürücülər çox vaxt 5 qəpiyin olmadığını bəhanə gətirərək sərnişinlərdən 40 qəpik çıxırlar. Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayevlə əlaqə saxladıq. M. Ağayev bildirib ki, hazırda heç bir qiymət artımından söhbət gedə bilməz və həmin avtobusların daşıyıcılarına ciddi xəbərdarlıq ediləcək: “Qiymətlər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Bizim əsas tələblərimizdən biri odur ki, gediş haqqı avtobusun salonunda sərnişinlərin görə biləcəyi bir yerdə qeyd olunmalıdır. Kimsə əgər qeyd olunan və ya Tarif Şurasının müəyyən etdiyi məbləğdən artıq ödəniş tələb etsə, müvafiq qaydada cərimələnəcək. Agentlik olaraq məsələni araşdıracağıq və şikayət doğru olduğu təqdirdə həmin marşrut xətlərinin daşıyıcılarına xəbərdarlıq ediləcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












