Bakı küçələrində avtomobil yarışı keçirdi - Kseniya Sobçakın əri

Rusiyalı aparıcı Kseniya Sobçakın həyat yoldaşı aktyor Maksim Vitorqan Bakı küçələrində avtomobil yarışı keçirib. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, rusiyalı aktyorla bərabər eyni maşında azərbaycanlı aktyor məşhur KVN komandası “Parni iz Baku”nun iştirakçısı Tahir İmanov da olub.
Məlum olub ki, bütün bunlar yeni filmin çəkilişi üçündür. Yeni “Kilimancaro” filminin çəkilişi üçün sürət yarışına çıxan aktyorları çəkiliş qrupu qoruyub. Filmdə Vitorqan və İmanov eyni soyadı daşıyan polis Mamedov qardaşlarını canlandırırlar.
Onlar moskvalı Marusyanın nişanlısını axtaran bir dəstəyə qoşulur. Belə ki, Rusiyada baş tutan toy mərasimində Marusyanın nişanlısı gəlib çıxmır. Lakin o, əmindir ki, bəy fikrini dəyişməyib onun başına nəsə iş gəlib. Marusya baş tutmayan toyun qonaqları ilə birlikdə oğlanı xilas etmək üçün Bakıya üz tutur.
Fimdə baş rola aktrisa İrina Starşenbaum çəkilib. Pavel Priluçnıy Marusyaya nişanlısını axtarmaqda kömək edən Timur obrazını canlandırır. Filmdə həmçinin məşhur aktrisa və bloqer irina Qarbaçeva da rol alıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












