Banner

Bakı küçələrində dayanacaqları yararsız hala kim salır? - AYNA-dan AÇIQLAMA - FOTOSESSİYA - YENİLƏNİB

Gündəm 17 Yanvar 2025 18:18 Oxunub 346
Bakı küçələrində dayanacaqları yararsız hala kim salır? - AYNA-dan AÇIQLAMA - FOTOSESSİYA   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurum tərəfindən smart dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır və aşkar edilən nöqsan və çatışmaqzlıqlar aradan qaldırılır.

Fətəli Xan Xoyski küçəsindəki dayanacaq pavilyonunun da nasaz konstruksiyaları və elementləri bərpa edilib.

Qara Qarayev prospektində sözügedən dayanacağa elektrik xəttinin çəkilməsi və pavilyonun istismara hazır vəziyyətə gətirilməsi üçün podratçı tərəfindən müvafiq tədbirlər görülür.

Qeyd edək ki, dayanacaq pavilyonlarının daxili mütəmadi olaraq təmizlənir. Təhlükəsizlik baxımından, eləcə də infrastrukturun və səliqə-səhmanın qorunması məqsədilə smart dayanacaqlar avtobusların fəaliyyəti dayandırıldıqdan sonra bağlanır.

Avtosfer.az saytı olaraq öz növbəmizdə vətəndaşları dayanacaq pavilyonlarından düzgün istifadə etməyə və pavilyonun daxilinə yad əşyalar atmamağa dəvət edirik. Belə ki, günün müxtəlif vaxtlarında vətəndaşlar telefonlarına yüklədikləri proqramla dayanacağın içərisindəki kondisionerin proqramını dəyişdiyinə görə cihaz işləmir. Daha sonra işləməyən kondisionerin havalandırma pərini açmağa çalışanlar cihazı ümumiyyətlə qırıb yararsız hala salır. Bu hərəkətlərlə həmin şəxslər dövlət əmlakına ziyan vurduqlarını düşünməli və buna görə məsuliyyətə cəlb ediləcəklərini unutmamalıdırlar.

***

14:00

***

Payatxtda bir neçə il əvvəl quraşdırılan smart tipli dayanacaq pavilyonları ilə bağlı problemlər səngimək bilmir.

Avtosfer.az xəbər verir ki, Bakının Nizami və Nərimanov rayonlarının ərazisində quraşdırılan yeni dayanacaqlar artıq bərbad hala gətirilib.

Belə ki, Nərimanov rayonu Fətəli Xan Xoyski küçəsindəki “Gənclik Mall” ticarət mərkəzinin qarşısında yerləşən dayanacaq pavilyonunda müxtəlif nasazlıqlar yaranıb. Bununla yanaşı, eyni zamanda həm kondisioner, həm də qapının işləməməsi soyuq havalarda vətəndaşları narahat edən əsas məsələlərdən biridir. Dayanacağın fotoları sosial şəbəkədə müzakirələrə səbəb olub.

Bənzər vəziyyət Nizami rayonu Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən dayanacaqda da müşahidə olunur. Dayanacağa quraşdırılan elektrik lampasının da sındırılması, dayanacağın nəzarətsizlik səbəbindən kimliyi məlum olmayan şəxslər tərəfindən yararsız hala gətirilməsi, qapının və kondisonerin işləməməsi pavilyondan istifadə edənlərin vaxtaşırı çətinliklərlə üzləşməsinə gətirib çıxarır. Dayanacaqların fəaliyyətsiz qalması nəticəsində pavilyon kimsəsiz şəxslərin sığınacaq məkanına çevrilib. Dayanacağın içərisi bir çox hallarda tullantı atılması üçün istifadə edilir.

Vətəndaşlar aidiyyəti qurumlardan dayanacağa zərər vuranların tapılmasını və problemlərin tezliklə həll edilməsi xahiş edib.

Fidan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh