Bakı küçələrində ilk yaşana bilər – İlginc yenilik

Dünyada sürücüsüz nəqliyyat sahəsində ciddi addımlar atılır. Məsələn, 2025-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhərinin küçələrində ilk robotaksilər görünəcək. Dubayda 15 kilometrlik sürücüsüz nəqliyyat zonasının yaradılması planlaşdırılır.
Azərbaycanda da belə robotaksilərin tətbiqi mümkündürmü?
Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bəzi ölkələrdə bu taksilər sınaq mərhələsində olsa da, xüsusilə ABŞ kimi yerlərdə sürücüsüz nəqliyyat vasitələrinin istifadəsi adi hala çevrilib:
“Çin və texnologiyada irəliləmiş digər ölkələrdə də bu sistemlər aktiv tətbiq edilir. Lakin hər bir texnoloji yenilik kimi, sürücüsüz avtomobillərin tətbiqi də mütləq qanunvericiliklə tənzimlənməlidir. Hazırda Azərbaycan qanunvericiliyində “sürücüsüz avtomobil” və bu qəbildən olan digər anlayışlara dair heç bir konkret normativ baza yoxdur. Bu isə gələcəkdə ciddi hüquqi və praktiki problemlər yarada bilər”.
Ekspert bildirib ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılmalı, müvafiq qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməlidir:
“Sürücüsüz avtomobilin iştirakı ilə baş verə biləcək qəzalar, onların hüquqi məsuliyyəti, sığorta ödənişləri, xüsusilə də ölümlə nəticələnən yol-nəqliyyat hadisələrində cavabdehlik məsələləri dəqiq və aydın şəkildə müəyyən olunmalıdır. Məsələn, avtomobil hərəkətdə olarkən texniki səbəbdən yansa, partlasa və ya üçüncü şəxslərə ziyan vursa, məsuliyyəti kim daşıyacaq? Bunlar hüquqi baxımdan incə və həssas məsələlərdir. Bildiyimə görə, artıq Azərbaycanda da bəzi sürücüsüz nəqliyyat vasitələri mövcuddur. Lakin qanundakı boşluqlar həmin maşınların sahibləri üçün ciddi çətinliklər və hüquqi qeyri-müəyyənlik yaradır”.(Global. İnfo)
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ
Bu şəxslər 150 manat cərimələnəcək
15 martda keçiriləcək buxarılış imtahanında vəziyyət necə olacaq? - Ekspert AÇIQLADI
Paşinyan Rusiyanın yardımından imtima edib - Politoloq səbəbləri AÇIQLADI
Oğuzda qaçırılan küçə itlərinin aqibəti bilinmir - VİDEO
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA










